XƏBƏRLƏR / Qayıdış

BMT nümayəndələri Füzuliyə səfər edib FOTO

Səfərdə ümumilikdə 30-a yaxın nümayəndə iştirak edir

BMT nümayəndələri Füzuliyə səfər edib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Birləşmiş Millətlər Təşkilatınının və Azərbaycan hökümətinin nümayəndələri​ işğaldan azad olunmuş Füzuli rayonuna səfər edib.

    Səfərdə ümumilikdə 30-a yaxın nümayəndə iştirak edir. Bakı-Ağdam marşutu üzrə hərəkət edən qonaqlar əvvəlcə​ Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

    Füzuli ilə tanışlıqdan sonra qonaqlar Ağdam rayonunda keçiriləcək konfransa yola düşəcək.​ Füzuli səfəri zamanı​ qonaqlara işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, infrastruktur layihələri, Füzuli şəhərinin inkişaf planı barədə, azad edilən torpaqlarda Azərbaycan tərəfindən irimiqyaslı layihələr həyata keçirilməsi, tikinti-quruculuq işləri aparılması, həmçinin Füzuli şəhərində​ erməni vəhşiliyi barədə qonaqlar məlumatlandırılıcaq.