BMT Azərbaycanın ÜDM artımını ildə 3% proqnozlaşdırır
Belə bir proqnoz “Dünyanın İqtisadi Vəziyyəti və Perspektivləri 2023” hesabatında qeyd olunub
BMT 2023-2024-cü illərdə Azərbaycanın ÜDM artımını ildə 3% proqnozlaşdırır
BMT 2023-cü ildə Azərbaycanın ÜDM artımını 3% səviyyəsində proqnozlaşdırır.
Belə bir proqnoz “Dünyanın İqtisadi Vəziyyəti və Perspektivləri 2023” hesabatında qeyd olunub.
BMT-nin hesablamalarına görə, 2022-ci ildə ölkənin ÜDM artımı 5% təşkil edib.
Təşkilat 2024-cü il üçün Azərbaycanın ÜDM artımını 3% səviyyəsində proqnozlaşdırır.
BMT Azərbaycanda orta illik inflyasiyanın 2023-cü ildə 8,1%, 2024-cü ildə isə 5,3%-ə qədər azalacağını proqnozlaşdırır.
2022-ci ildə Azərbaycanda ÜDM 4,6% artıb, orta illik inflyasiya 13,9% təşkil edib.
Azərbaycan hakimiyyəti 2023-cü il üçün ÜDM artımını 2,7% (orta illik inflyasiya - 6,9%), 2024-cü ildə isə 4,1% səviyyəsində proqnozlaşdırır.