XƏBƏRLƏR / Qonşular

Berdiməhəmmədovun Tehrana səfəri başa çatır

Türkmənistan Milli Məclisinin Xalq Şurasının sədri enerji və nəqliyyat sahəsində danışıqlar aparın

Berdiməhəmmədovun Tehrana səfəri başa çatır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkmənistan Milli Məclisinin Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov çərşənbə axşamı Tehrana səfər edib.

    İİR prezidenti İbrahim Rəisi Türkmənistan Milli Məclisinin Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovla görüşündə deyib:

    - Enerji sektorunda çox yaxşı danışıqlarımız oldu. İran və Türkmənistan enerji sahəsində yüksək potensiala malikdir.

    - İki ölkə arasında su və elektrik enerjisi sahəsində yaxşı əməkdaşlıq mövcuddur. Nəqliyyat və tranzit sahəsində hər iki tərəf yeni qərarlar qəbul edib.

    - İki ölkə arasında texniki və mühəndislik xidmətlərinin ixracı artacaq.

    - Bizim dost və qardaş Türkmənistan ölkəsi ilə yaxşı münasibətlərimiz var, lakin bu səviyyədə əlaqələr kifayət deyil. İran və Türkmənistan arasında əlaqələr genişləndirilə bilər.

    İran prezidenti və Türkmənistan Milli Məclisi Xalq Şurası sədrinin iştirakı ilə əməkdaşlıq haqqında iki sənəd və üç anlaşma memorandumu imzalanıb.