Belarus-Polşa sərhəddində İraq miqrantları ilə bağlı böhran
4 min miqrant Polşaya keçmək istəyir.
Bir neçə saat əvvəl Belarus ərazisində çadır şəhərciyində məskunlaşan miqrantlar, mütəşəkkil şəkildə çadırları tərk edərək, bilavasitə sərhəd xətdinə yaxınlaşıblar. Hal hazırda miqrantların sayı 4 minə çatır.
Polşa hakimiyyəti süni böhranın yaranmasında rəsmi Moskva və Minski günahlandırır.
Rusiya və Belarus rəhbərləri isə ittihamları rədd edir və öz növbəsində Polşa və Avropa İttifaqını, miqrantlarla qeyri insani davrandıqlarına görə, qınayır.