BLOQ

Balasanyanın Melkumyanla əvəzlənməsi...

və ya gələcək proseslərin sürətləndirilməsi

Balasanyanın Melkumyanla əvəzlənməsi...
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Qarabağ erməniləri arasında hakim kastada dəyişikliklər baş verib - “Təhlükəsizlik Şurasının katibi” Vitali Balasanyan işdən çıxarılaraq Ararat Melkumyanla əvəzlənib...

    Belədir, tale belə gətirib... Gənc yaşlarından azərbaycanlılarla döyüşmək, bütün cavanlığını azərbaycanlılarla müharibəyə həsr etmək və bir gün belə döyüşməmiş adamln əli ilə qovulmaq... Özü də Qarabağ, azərbaycanlılarla əlaqə və təmasların qurulması kontekstində...

    Biz nə bilirik?

    Biz bilirik ki, Qarabağ ermənilərinin Azərbaycan tərəfi ilə əlaqələri olub. Biz azərbaycanlı zabitlərin çevrəsində Balasanyanın fotoşəkillərini də gördük. Sərsəng su anbarından görüntülərin də şahidi olduq, ermənilərin Laçından, Zabuxdan qansız-qadasız köçürülməsi və sair. Azərbaycan rəhbərliyi təmasda olduqları və qarşılıqlı əlaqədə olduqları bu qrup insanları “Qarabağ erməniləri arasinda nüfuz sahibi olan şəxslər” ifadəsi ilə adlandırıb.

    Nə ola bilər?

    Qarabağda olmayan "Konstitusiya”ya görə, “dövlət naziri” vəzifəsinin səlahiyyətləri yoxdur. Müharibə zamanı və ondan sonra Arayik "hakimiyyət"i  Balasanyanla bölüşdü, axı o, 2020-ci ilin yazında keçirilən “prezident seçkiləri”ndə ikinci olub. Bu iki ay ərzində Vardanyan hərbi vəziyyətin tətbiqi ilə çoxlu sayda səlahiyyətləri ələ keçirdi.

    Yəni Qarabağ erməniləri ilə Azərbaycanın dövlət strukturları arasında təmas və qarşılıqlı fəaliyyət prosesində böhranlara səbəb olan “Vardanyan layihəsi” onların məqsədlərinin həyata keçirilməsinə mane olan bütün maneələri aradan qaldırdı.

    İndi proseslərin inkişafı üçün iki variant var:

    - ekoaksiya davam etdirilsin və Qarabağ erməniləri arasında daxili ziddiyyətlər aşkar edilsin. Balasanyan Ermənistana getmir, Qarabağda qalır və Vardanyanla fikir ayrılığının simvolu olacaq.

    - maneəni aradan qaldırmaq - yəni hansısa şəkildə Vardanyanı aradan götürmək... Vardanyan maneə kimi qəbul edilsəydi, o zaman Laçın aksiyası Vardanyan Qarabağda olmayanda başlayacaqdı. Və burada, hər şey o, Qarabağda olanda başladı və o, ərazidə - siçan tələsində qalmağa məcbur oldu. İndi Vardanyanı uzaqlaşdırmaq onun ətrafında mübarizə və müqavimət areolası yaratmaq deməkdir. Qarabağ ermənilərinin özlərinin onu qovmasına imkan vermək lazımdır...

    Bir şey aydındır ki, Laçın yolunda aksiyanın başa çatması nəinki yolda rejimin dəyişməsinə və mədənin fəaliyyətinin dayandırılmasına gətirib çıxaracaq (onsuz da orada artıq hər şey dayanıb!), həm də tətik rolunu oynayacaq. 

    Bizə elə görünə bilər ki, ekoaksiya uzadılıb, lakin hər gün aksiya illərlə davam etməli olan ümumi prosesi sürətləndirir.