XƏBƏRLƏR / Nəqliyyat

Bakının mərkəzi bağlanacaq

Dövlət Yol polisi xəbərdarlıq edir

Bakının mərkəzi bağlanacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Martın 1-3-də paytaxtda Qoşulmama Hərəkatının COVID-19-la Mübarizə üzrə Təmas Qrupunun Zirvə toplantısının keçirilməsi planlaşdırılır. Tədbirin qonaqlarının əsas hərəkət marşrutu mərkəzi küçə və prospektləri əhatə edəcək.

    O cümlədən, söhbət Zərifə Əliyeva və Neftçilər prospektləri, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Teymur Elçin, Lermontov, Koroğlu Rəhimov və Yusif Səfərov küçələri, həmçinin Parlament prospektindən gedir. Sürücülərdən ictimai nəqliyyata üstünlük vermələri xahiş olunur.