XƏBƏRLƏR / Hadisə

Bakıdakı yanğında ölənlər var

Bu barədə FHN məlumat yayıb

Bakıdakı yanğında ölənlər var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün saat 05 radələrində Bakıda sexdə yanğın olub. Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqların hazırlanması sexində baş verən yanğın zamanı 2 nəfər sexin içərisində yanaraq ölüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən yanğın söndürülüb.

    Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir və araşdırma aparılır.

    Qeyd edək ki, yanğın zamanı 370 kvadrat metr sahəli sexin 44 kvadratlıq hissəsi yanıb.

    Bu barədə FHN məlumat yayıb