XƏBƏRLƏR / İqtisadiyyat

Bakıda dana və quzu ətinin qiyməti bahalaşıb

Bahalaşmanın səbəbi bayramda bu məhsula tələbatın artması ilə əlaqələndirilir

Bakıda dana və quzu ətinin qiyməti bahalaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yeni il bayramı günlərində ölkədə ətin qiymətinin artması müşahidə olunub.

    Trend xəbər verir ki, hazırda paytaxtın bəzi sallaqxanalarında dana ətinin 1 kiloqramı 14-16, quzu ətinin kilosu isə 19-20 manata satılır.

    Satıcılar Trend-ə bildiriblər ki, ətin bahalaşmasının səbəbi bayramda bu məhsula tələbatın artması ilə əlaqəlidir.

    Satıcılar bildiriblər ki, qiymətin bahalaşması müvəqqətidir. Hesab edirlər ki, növbəti həftədən ətin qiyməti yenidən ucuzlaşacaq.