XƏBƏRLƏR / Nəqliyyat

Bakı–Naxçıvan avtobus reysi açılır

Reysin biletlərini Avtovağzalın kassalarından, yaxud https://avtovagzal.az/ saytından onlayn əldə etmək mümkündür

Bakı–Naxçıvan avtobus reysi açılır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gündən BakıNaxçıvan istiqamətində avtobusların reysi açılır.

    Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.

    Məlumata görə, avtobus hər gün axşam saat 21:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək və səhər saat 9:00-da Naxçıvan şəhərinə çatacaq. Beş yaşınadək uşaqlar üçün gedişhaqqı (oturacaq verilməmək şərtilə) pulsuzdur. Beş yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir.

    Sərnişinlərin istəklərinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün bileti yarıqiymətinə əldə etmək mümkündür. Biletləri Avtovağzalın kassalarından, yaxud https://avtovagzal.az/ saytından onlayn qaydada əldə etmək mümkündür.