XƏBƏRLƏR / İqtisadiyyat

Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma ləğv edilir

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib

Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma ləğv edilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanla Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalanıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

    "Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın imzalanması ikitərəfli iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə təkan verəcək", - nazir qeyd edib.