XƏBƏRLƏR / Sağlamlıq

Azərbaycanın sabiq XİN rəhbəri əməliyyat olundu

Qeyd edək ki, H.Həsənovun Türkiyədə tədbir zamanı vəziyyəti pisləşib

Azərbaycanın sabiq XİN rəhbəri əməliyyat olundu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın sabiq xarici işlər naziri, peşəkar diplomat Həsən Həsənov əməliyyat olunub. Bu barədə onun ailəsinə yaxın mənbələrdən məlumat verilib. "Bu gün Həsən bəy Türkiyədə əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır. Özünü yaxşı hiss edir",- deyə mənbə bildirib. 

    Qeyd edək ki, H.Həsənovun Türkiyədə tədbir zamanı vəziyyəti pisləşib. Onu təcili yardımla "Medicana" (Bursa) xəstəxanasına aparıblar. Müayinələr nəticəsində bəlli olub ki, sabiq nazirin öd kisəsində problem var və əməliyyat olunmalıdır.