Azərbaycanın Rus icması yeni bəyanat yaydı
ANS PRESS-ə göndərilən bəyanatda Delyaginin Azərbaycanla bağlı dediyi mənfi fikirlərə münasibət də var
"2022-ci il martın 27-də “Rossiya 24” telekanalının “60 dəqiqə” proqramının efirində “Ədalətli Rusiya” Partiyasından olan Dövlət Dumasının deputatı Mixail Delyagin neft sənayesini bombalamaqla “Azərbaycanı Dağlıq Qarabağdakı hərəkətlərinə görə cəzalandırmağa” çağırıb.
Rusiya İcması Dövlət Dumasının deputatının təxribat xarakterli və ikitərəfli münasibətlərin inkişafına fayda verməyən bu cür axmaq bəyanatlarını qətiyyətlə pisləyir və “Ədalətli Rusiya” partiyasını deputat Delyaginin hərəkətlərini qətiyyətlə pisləməyə çağırır.
İndiki şəraitdə Rusiya Federasiyasının rəsmi sənədlərində və kütləvi informasiya vasitələrində “Dağlıq Qarabağ” adının, hüquqi baxımdan mövcud olmayan toponimlərin istifadədən çıxarılması da vacibdir. Artıq ölkədə “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli sərəncamına əsasən, Qarabağ iqtisadi zonası ilə yanaşı Şərqi Zəngəzur da var. “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınan və qəbul edilən Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətsizlikdir.
Azərbaycanın rus icması əmindir ki, mehriban qonşuluq, yüksək mənəviyyat, qarşılıqlı hörmət Azərbaycan ilə Rusiya arasında möhkəm və uzunmüddətli əməkdaşlığın əsasını təşkil edir. Ümid edirik ki, Rusiya Federasiyasının rəhbərliyi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd olunan bütün bəndlərin həyata keçirilməsini asanlaşdırmaq üçün bütün tədbirləri görəcək".