XƏBƏRLƏR / İqtisadiyyat

Azərbaycanın qeyri-neft ixracı I rübdə 23,2% artıb

Yanvar-mart aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri açıqlanıb

Azərbaycanın qeyri-neft ixracı I rübdə 23,2% artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 912,2 mln. ABŞ dolları təşkil edib.

    APA  İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə - AZPROMO-ya istinadən verdiyi məlumata görə, bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 23,2% çoxdur.
    Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3% artaraq 3 047,67 mln ABŞ dollarına bərabər olub.