XƏBƏRLƏR / İqtisadiyyat

Azərbaycanın qeyri-neft ixracı 37% artıb

2027-ci ilədək qeyri-neft ixracının həcmi 5 milyard dollara yüksələcək

Azərbaycanın qeyri-neft ixracı 37% artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft ixracı 37% artıb

    “İnterfaks-Azərbaycan” İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-fevral aylarının yekunlarına görə, Azərbaycandan qeyri-neft ixracı 651,42 milyon dollar təşkil edib ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 36,6% çoxdur.

    Agentliyin məlumatına görə, fevralda qeyri-neft ixracının həcmi 366,92 milyon dollar (2022-ci ilin fevralından +1,5 dəfə) təşkil edib.

    Əvvəllər məlumat verildiyi kimi, 2022-ci ildə Azərbaycandan qeyri-neft ixracının həcmi rekord həddə - 3 milyard 47,67 milyon dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 12,3% çoxdur.

    İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2027-ci ilədək qeyri-neft ixracının həcmi 5 milyard dollara yüksələcək.