XƏBƏRLƏR / İqtisadiyyat

Azərbaycanın qeyri-neft ixracı 11 ayda 14% artıb

2027-ci ilədək qeyri-neft ixracının həcmi 5 milyard dollara yüksələcək

Azərbaycanın qeyri-neft ixracı 11 ayda 14% artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarının yekunlarına görə, Azərbaycandan qeyri-neft ixracı 2 milyard 668,09 milyon dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.

    AZPROMO-dan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, noyabrda qeyri-neft ixracı 302,13 milyon dollar təşkil edib (2021-ci ilin noyabrından 1% azalıb).

    2021-ci ildə Azərbaycanın qeyri-neft ixracının həcmi rekord həddə - 2,7 milyard dollar təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 47,2% çoxdur.

    İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2027-ci ilədək qeyri-neft ixracının həcmi 5 milyard dollara yüksələcək.