XƏBƏRLƏR / Mədəniyyət

Azərbaycanda yeni mədəniyyət idarələri yaradıldı

Bu barədə "president.az" saytı xəbər yayıb

Azərbaycanda yeni mədəniyyət idarələri yaradıldı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Prezident İlham Əliyev Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

    “president.az” xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının iqtisadi rayonlarının bölgüsünə uyğun olaraq aşağıdakı regional mədəniyyət idarələri yaradılır:

    Abşeron–Xızı Regional Mədəniyyət İdarəsi;

    Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi;

    Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsi;

    Qarabağ Regional Mədəniyyət İdarəsi;

    Qazax–Tovuz Regional Mədəniyyət İdarəsi;

    Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsi;

    Lənkəran–Astara Regional Mədəniyyət İdarəsi;

    Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi;

    Mil–Muğan Regional Mədəniyyət İdarəsi;

    Şəki–Zaqatala Regional Mədəniyyət İdarəsi;

    Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi;

    Şirvan–Salyan Regional Mədəniyyət İdarəsi.

    Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.