XƏBƏRLƏR / Sağlamlıq

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək uzadılıb.

    Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi mayın 1-də başa çatırdı.