XƏBƏRLƏR / İqtisadiyyat

Azərbaycanda ümumi daxili məhsul artıb

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib

Azərbaycanda ümumi daxili məhsul artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir.

    Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

    Nazir qeyd edib ki, 2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artaraq 133 mlrd. 825,8 mln. manat, qeyri-neft-qaz sektorunda isə 9,1% artaraq 69 mlrd. 826 mln. manat təşkil edib.