XƏBƏRLƏR / İqtisadiyyat

Azərbaycanda partlayıcı maddələr istehsalı zavodu tikiləcək

Bunu “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib

Azərbaycanda partlayıcı maddələr istehsalı zavodu tikiləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “AzerGold” QSC-nin törəmə müəssisəsi olan “AzerBlast” MMC 2023-cü ildə Gəncədə sənaye partlayıcı maddələrin istehsalı zavodunu istifadəyə verməyi planlaşdırır, “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

    “Dövlət-özəl tərəfdaşlıq modeli əsasında yaradılmış “AzərBlast” MMC-nin törəmə şirkəti tərəfindən sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı zavodunun tikintisi layihəsinin icrası istiqamətində işlər sürətlə davam etdirilir. Bu il Gəncədə istehsal gücü 31 min ton olan sənaye partlayıcı maddələri zavodunda tikinti işlərinə başlanılaraq başa çatdırılması planlaşdırılır”, - İbrahimov 2022-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

    “AzerBlast” 2021-ci il martın 9-da dövlət qeydiyyatından keçib. Şirkət mədənçıxarma və tikinti sənayesində mülki partlayıcı maddələrə olan daxili tələbatı ödəmək, idxaldan asılılığı aradan qaldırmaq üçün yaradılıb. Bu partlayıcı maddələr sənayedə müxtəlif partlayış işlərində, tunellərin, magistral yolların, bəndlərin tikintisində, həmçinin şaxtaların istismarında geniş istifadə olunur.

    “AzerGold” QSC Azərbaycan Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.