XƏBƏRLƏR / Siyasət

Azərbaycan və Türkiyə XİN başçıları Polşada görüşüb

Nazir bu barədə “Twitter“ hesabında paylaşım edib.

Azərbaycan və Türkiyə XİN başçıları Polşada görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

    Nazir bu barədə “Twitter“ hesabında paylaşım edib.

    “Qardaş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində görüşdük. Ölkələrimiz arasında gündəlikdə duran məsələlər və gələcək addımlarımızı müzakirə etdik. Hər zaman bir yerdə, “Bir Millət, İki Dövlət Azərbaycan-Türkiyə”,-deyə paylaşımda qeyd edilib.