XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan təbii qazının Avropaya əlavə tədarükü gözlənilir

Bu barədə Bolqarıstan prezidenti Türkiyənin energetika naziri ilə görüşdə deyib

Azərbaycan təbii qazının Avropaya əlavə tədarükü gözlənilir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bolqarıstan Prezidenti Rumen Radev bildirib ki, Azərbaycan təbii qazının Avropaya əlavə tədarükü layihəsi fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi layihəsində iştirak edən ölkələrin energetika nazirlərinin görüşündə təqdim olunacaq. Bu barədə Radev yanvarın 3-də Sofiyada Türkiyənin energetika naziri Fatih Dönməzi qəbul edərkən bildirib. “Bu, minimal vəsaitlə və dərhal Azərbaycandan Avropaya əlavə həcmdə təbii qazın nəqlinə imkan verəcək layihədir. Bolqarıstanın təşəbbüsü ilə Rumıniya, Macarıstan, Slovakiya və Avstriya bu layihəyə qoşuldular”, - deyə Radev Bolqarıstanın Milli Radiosundan sitat gətirib.

    Dönməz öz növbəsində Bolqarıstan və Türkiyə arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını qeyd edib: “Türkiyə öz coğrafi mövqeyini və sərəncamında olan infrastrukturu nəzərə alaraq istər Xəzər dənizi regionundan, istərsə də Yaxın Şərq və Şərqi Aralıq dənizindən qaz tədarükünə yardım etməyə hazırdır. ”