XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan qazının Moldovaya nəqlinə başlanıldı

Nəql Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə aparılır

Azərbaycan qazının Moldovaya nəqlinə başlanıldı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan qazının Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə Moldovaya nəqlinə başlanılıb.

    Bu barədə çərşənbə günü Trend-ə İCGB-dən məlumat verilib.

    Bildirilib ki, ilk partiyaların daşınmasına bu gün səhər saatlarında başlanılıb.

    “IGB regiona təbii qaz tədarükünün diversifikasiyasında əsas rol oynayır. İnterkonnektor Bolqarıstanı yeni müxtəlif mənbələrə çıxışı təmin edən və təchizatın etibarlılığının yüksəldilməsinə birbaşa töhfə verən Trans Adriatik Qaz Boru Kəməri ilə birbaşa əlaqələndirir. Yeni infrastruktur Mərkəzi və Cənub-Şərqi Avropanın bütün regionu üçün açardır və təbii qazın yeni mənbələrdən bir sıra ölkələrə, o cümlədən, Moldova və Ukraynaya nəqli üçün tamamilə yeni marşrut yaradır”, – deyə şirkətdən bildiriblər.

    ICGB qeyd edib ki, interkonnektor vasitəsilə nəql edilən təbii qazın həcmi qışda Bolqarıstanın istehlakının, demək olar ki, üçdə birini təmin edir. Moldova üçün ehtiyatda olan tutum qış dövründə ölkənin daxili istehlakı üçün də istifadə olunacaq.

    Sərbəst IGB imkanları ICGB tərəfindən iki aparıcı Avropa platformasında - PRISMA və RBP-də təklif olunur. Moldovaya qaz nəqlinin başlanması ilə İGB-nin 80 faizindən çoxu ehtiyatda qalıb.