XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan neftinin qiyməti 80 dolları ötdü

Azeri Light"ın 1 barelinin qiyməti 0,88 % artıb

Azərbaycan neftinin qiyməti 80 dolları ötdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 80 dolları ötüb. Dünya bazarında "Azeri Light" neftinin 1 barelinin qiyməti 0,7 ABŞ dolları, yaxud 0,88 % artaraq 80,46 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.