Azərbaycan nefti yenidən bahalaşıb
Dünya bazarında "Azeri Light" markalı neftin qiyməti artıb
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,84 ABŞ dolları və ya 1,9 faiz artaraq, 98,45 dollar təşkil edib.
"Brent" nefti də bahalaşıb, WTI isə ucuzlaşıb. Belə ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,57 artaraq, 1 barelə görə 94,66 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 1 barelinin qiyməti 0,01 faiz azalaraq, 88,53 dollar civarında olub.