XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti ucuzlaşdı

"Azeri Light"ın 1 barelinin qiyməti 1,4 % azalıb

Azərbaycan nefti ucuzlaşdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 1 dollardan çox ucuzlaşıb. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,19 ABŞ dolları, yaxud 1,4 % azalaraq 83,60 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.