XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan nefti cüzi bahalaşdı

"Azeri Light"ın 1 barelinin qiyməti 0,55% artıb

Azərbaycan nefti cüzi bahalaşdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,49 ABŞ dolları və ya 0,55% artaraq, 89,94 dollar olub.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.