XƏBƏRLƏR / İdman

Azərbaycan komandası bürünc medal qazandı

Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarında qrup hərəkətləri komandaları arasında çoxnövçülük proqramı üzrə qaliblər müəyyənləşib

Azərbaycan komandası bürünc medal qazandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandası 65,750 xalla çoxnövçülük proqramında bürünc medala layiq görülüb. Qızıl medala 70,500 xalla Çin komandası sahib olub. İsrail gimnastları 67,500 xalla ikinci pillədə qərarlaşıblar.

    Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq onuncu dünya kuboku yarışlarıdır. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.