XƏBƏRLƏR / İdman

Azərbaycan futbol klubları transferlərə $1,5 mln xərcləyib

Bu barədə FİFA-nın 2022-ci ilnn hesabatında deyilir

Azərbaycan futbol klubları transferlərə $1,5 mln xərcləyib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan futbol klublarının 2022-ci ildə transfer xərcləri 1,5 milyon dollar təşkil edib.

    Belə məlumatlar Beynəlxalq Futbol Federasiyasının (FİFA) 2022-ci il üçün “İnterfaks-Azərbaycan” agentliyinə təqdim etdiyi transfer hesabatında verilib.

    Hesabat dövründə FİFA Azərbaycan komandalarının düşərgəsinə 103, o cümlədən çıxışa 56 transfer qeydə alıb. Bu əməliyyatlarda Azərbaycandan 12 komanda iştirak edib.

    Hesabatda Azərbaycan klublarının ötən il futbolçu transferlərindən nə qədər qazandığı göstərilməyib.