XƏBƏRLƏR / Hərbi

Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna malikdir

Ordumuz 145 ölkə arasında 57-dir

Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna malikdir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Global Firepower” portalının beynəlxalq reytinqinə əsasən, Azərbaycan 2023-cü ildə hərbi gücə görə 145 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Gürcüstan 85-ci, Ermənistan isə 94-cü yerdədir.

    Siyahıya ABŞ (1), Rusiya (2) və Çin (3) başçılıq edirlər. Qonşularımızdan Türkiyə 11-ci, İran isə 17-ci yerdə qərarlaşıb.

    Reytinq tərtib edilərkən silah sənayesinin inkişafı, maliyyə vəziyyəti və maddi-texniki imkanlar kimi aspektlər nəzərə alınıb.