XƏBƏRLƏR / Nəqliyyat

AZAL-da yenə problem yarandı

Bakı-Moskva reysi gecikir

AZAL-da yenə problem yarandı
Aeroport
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva (Vnukovo aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysinin uçuşu texniki səbəbdən gecikir. Bu barədə AZAL-ın Mətbuat xidməti məlumat yayıb.

    Qeyd olunub ki, hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib: “Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər”.