XƏBƏRLƏR / Hərbi

Azad olunan ərazilərdə 1126 mina aşkarlanıb

Bu barədə ANAMA məlumat yayıb

Azad olunan ərazilərdə 1126 mina aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumat açıqlayıb.

    ANAMA-dan ANS PRESS-ə verilən məlumata görə, noyabrda (01.11.2022 - 30.11.2022) Tərtər, Kəlbəcər, Ağdam, Füzuli, Şuşa, Xocalı, Xocavənd, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilanda 782 piyada əleyhinə mina, 344 tank əleyhinə mina və 1735 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

    Bildirilib ki, 2522, 6 hektar ərazi mina və PHS-lərdən təmizlənib.