XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycan neftinin qiyməti cüzi artıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 0,2 faiz artıb

Azərbaycan neftinin qiyməti cüzi artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti cüzi artıb.

    Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,17 ABŞ dolları, yaxud 0,2 faiz artaraq, 98,91 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda – 149,66 ABŞ dolları qeydə alınıb. Azərbaycanda neft, əsasən, "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 faizdir.