XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycanda benzin satışından gəlirlər 7,9 faiz artıb

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib

Azərbaycanda benzin satışından gəlirlər 7,9 faiz artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2022-ci ildə Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 768,7 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

    Dövlət Statistika Komitəsindən bildirilib ki, 2021-ci illə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 7,9 faiz artıb.

    Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,3 faiz gəlir əldə edilib.