XƏBƏRLƏR / Siyasət

Azərbaycan və Serbiya Strateji Tərəfdaşlıq Şurası yaradır

Azərbaycan və Serbiya Strateji Tərəfdaşlıq Şurası yaradır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Çərşənbə günü Belqradda iki ölkə liderinin - İlham Əliyev və Aleksandr Vuçiçin danışıqlarının yekunlarına görə Azərbaycan-Serbiya sənədlər paketi imzalanıb. 

    Prezidentlər Birgə Bəyanat və Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum imzalayıblar.

    DİN başçıları readmissiya haqqında hökumətlərarası saziş imzalayıblar.

    Eyni zamanda, sosial təminat sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.

    Bundan başqa, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Serbiya İnkişaf Agentliyi arasında əməkdaşlıq haqqında hökumətlərarası saziş, habelə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Serbiyanın Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu imzalanıb.

    Tərəflər həmçinin Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın sertifikatlarının tanınması haqqında Anlaşma Memorandumunu imzalayıblar.