XƏBƏRLƏR / Nəqliyyat

Avtomobil karvanı ekoaksiya ərazisindən keçdi

Ərazidə nəqliyyat vasitələrinin kəskin artmasına baxmayaraq hərəkət sərbəstdir

Avtomobil karvanı ekoaksiya ərazisindən keçdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 115-ci günündə də Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

    Axşam saat 5 radələrində sülhməramlılara məxsus 26 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib. Gün ərzində indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarına məxsus 90, Beynəlxalq Qırmızı Xaç Komitəsinin isə 18 avtomobili keçib.

    Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir. O ki qaldı yoldan keçən nəqliyyat vasitələrinin sayının kəskin artmasına, bunu Azərbaycan Ordusunun gizli yolları nəzarətə götürməsi ilə əlaqələndirirlər. Hal-hazırda hamı yeganə rəsmi Xankəndi-Ermənistan sərhədi yolundan istifadə edir. 

    Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.