Avropada təbii qazın qiyməti 1900 dollara çatır
Gün ərzində qiymətlər 5 faiz artıb
Avropa birjalarında təbii qazın qiyməti min kubmetr üçün 1 900 dollara çatır.
Niderlandın TTF habında təbii qazın avqust fyuçersləri 1 890 dollar ətrafında alınıb-satılır.
Gün ərzində qiymətlər 5 faiz artıb.
Ötən həftənin sonunda Avropada təbii qazın min kubmetri 1 600 dolları ötmüşdü.
Xatırladaq ki, martın əvvlində Avropada təbii qaz qiymətləri tarixi rekord vuraraq 3 900 dollara çatmışdı.