XƏBƏRLƏR / Siyasət

Avropa Şurasının liderləri İslandiyada toplaşır

Bu barədə Şuranın saytında məlumat yayılıb

Avropa Şurasının liderləri İslandiyada toplaşır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mayın 16-17-də Avropa Şurasına üzv olan 46 ölkənin dövlət və hökumət başçılarının zirvə toplantısı keçiriləcək.

    Bu barədə Şuranın saytında məlumat yayılıb.

    Bildirilir ki, toplantı İslandiyanın paytaxtı Reykyavik şəhərində baş tutacaq. Məlumata görə, bu, Avropa Şurasının yaradılmasından sonra keçiriləcək 4-cü zirvə görüşüdür.

    Toplantıda əsasən Ukraynadakı müharibə müzakirə olunacaq. İclasda, həmçinin ətraf mühit və süni intellekt daxil olmaqla, demokratiya və insan hüquqları problemlərinin həlli üçün təşəbbüslərin gücləndiriləcəyi gözlənilir.

    İclasın sonunda İslandiya Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi Latviyaya təhvil verəcək.