XƏBƏRLƏR / Siyasət

Avropa Şurası Əliyev-Paşinyan-Mişel görüşünü təsdiqlədi

Müzakirələr 2023-cü il iyunun 1-də Avropa Siyasi Birliyinin sammitində davam etdiriləcək

Avropa Şurası Əliyev-Paşinyan-Mişel görüşünü təsdiqlədi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa Şurasının mətbuat xidməti Əliyev və Paşinyan arasında Şarl Mişelin vasitəçiliyi ilə mayın 14-də Brüsseldə keçiriləcək görüşünü təsdiqləyir.

    Həmçinin bildirilir ki, müzakirələr 2023-cü il iyunun 1-də Avropa Siyasi Birliyinin sammiti çərçivəsində davam etdiriləcək. Bu müzakirədə Olaf Şolts və Emmanuel Makron da iştirak edəcək.

    “Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel arasında keçiriləcək görüş xəbərini alqışlayırıq”.

    Bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosu məlumat yayıb.

    “Bu görüş Vaşinqtondakı danışıqlardan sonra gələcək irəliləyişə zəmin yaradan mühüm bir fürsətdir” – məlumatda qeyd edilib.