ATƏT-in fəaliyyətdə olan sədri Bakıdadır
Zbiqnev Rau Cənubi Qafqaza səfəri çərçivəsində bu gün Bakıya gəlib
ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau Cənubi Qafqaza səfəri çərçivəsində bu gün Bakıya gəlib.
Polşa Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində o, Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Polşa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, region ölkələrinə səfər Cənubi Qafqazda dinc əməkdaşlıq, dialoq və sabitliyin inkişafına həsr olunub.