XƏBƏRLƏR / İdman

Argentina dünya çempionu oldu

Penaltilərdə 4:2 hesabı ilə qələbə qazanan Argentina 3-cü dəfədir dünya çempionu olur

Argentina dünya çempionu oldu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qətərdə keçirilən dünya çempionatının final oyununda üz-üzə gələcək Argentina və Fransa yığmalarının start heyətləri bəlli olub. Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

    Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares

    Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

    Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb. Lionel Messi 23-cü dəqiqədə penaltidən fərqlənib.

    Argentina hesabı 2:0 edib. Anhel Di Mariya 36-cı dəqiqədə fərqlənir. 

    Fransa komandasından Mbappe penaltidən 80-ci dəqiqədə penaltidən fərqlənir.

    82-ci dəqiqədə Kilyan Mbappe hesabı bərabərləşdirir. 

    Əlavə vaxtın 109-cu dəqiqəsində Argentina (Lionel Messi)  hesabı 3:2 edir. 

    Mbappe hesabı 3:3 edir. O, 117-ci dəqiqədə penaltidən fərqlənir.

    Matç bitir. Penaltilərdə 4:2 hesabı ilə qələbə qazanan Argentina 3-cü dəfə dünya çempionu olur.