XƏBƏRLƏR / İdman

Argentina üç qolla finalda

Qolları Messi və Xulian Alvares vurub

Argentina üç qolla finalda
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qətərdə keçirilən futbol üzrə dünya çempionatının ilk finalçısı məlum olub. Argentina millisi yarımfinal matçında Xorvatiya yığmasını 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Cənubi Amerika təmsilçisinə qələbə qazandıran qolları Messi (34-cü dəqiqə) və Xulian Alvares (38, 69-cu dəqiqə) vurublar. Argentina millisinin finaldakı rəqibi Fransa - Mərakeş cütünün qalibi olacaq. Qeyd edək ki, turnirin həlledici oyunu dekabrın 18-də keçiriləcək.