XƏBƏRLƏR / Sağlamlıq

Aktyor Elxan Qasımov reanimasiyadadır

Əməkdar artist xəstəxanaya qanaxma ilə aparılıb

Aktyor Elxan Qasımov reanimasiyadadır
Elxan Qasımov
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Əməkdar artist Elxan Qasımov özəl xəstəxanaların birində təcili əməliyyat olunub. Ailəsindən aldığımız xəbərə görə, Elxan Qasımova aorta anevrizması (genişlənməsi) diaqnozu qoyulub.

    Qeyd edək ki, ürəkdən birbaşa çıxan və bütün orqanlara təmiz qan daşıyan ən böyük damar olan Aorta ürəkdən çıxdıqdan sonra vücuda dağılan qanı pompalayan ana arteriyadır. Diametri ürəkdən çıxdığı qisimdə təxminən 2,5 sm-dir. Lakin müxtəlif səbəblərə görə Aortanın diametri arta və genişlənə bilər. Yəni Anevrizma yaranar.

    Anevrizmalar illər boyu heç bir şikayətə yol vermədən yarana bilər və böyüyə bilər. Lakin əksərən anevrizma kisəsinin ətraf toxumalara təzyiqi və sinir kələflərinin gərilməsi döş nahiyəsində pulpasiya, döş sümüyü arxasında ağrı ilə müşayiət olunur. Ağrı inadlı, yandırıcı xarakterli olub, boyun, çiyin və kürəyə irradiasiya edir.

    Müəyyən zaman sonra Anevrizmaların daha da genişlənərək yırtılma ehtimalı var. İçəriyə doğru yırtılma və partlama çox təhlükəli patologiyalardır.

    Ailəsinin verdiyi xəbər görə, Elxan Qasımov xəstəxanaya qanaxma ilə aparılıb və təcili əməliyyat olunub: "Hal-hazırda reanimasiyadadır və vəziyyəti ağırdır". 

     Qeyd edək ki, Azərbaycan tamaşaçısı Elxan Qasımovu əsasən "Əhməd haradadır" bədii filmindən şofer Əhməd rolu ilə tanıyır.