XƏBƏRLƏR / Siyasət

Aİ Rusiyaya qarşı beşinci sanksiyalar paketini qəbul edib

Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen məlumat verib

Aİ Rusiyaya qarşı beşinci sanksiyalar paketini qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı beşinci sanksiyalar paketini qəbul edib. 

    TASS xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen məlumat verib.

    Tədbirlər arasında:

    ❌Aİ Rusiya gəmilərinin Aİ limanlarına daxil olmasını qadağan edəcək.

    ❌Aİ Rusiya Federasiyasına 10 milyard avro məbləğində yarımkeçiricilər, maşın və nəqliyyat avadanlıqlarının ixracını qadağan edəcək.

    ❌Aİ Rusiya şirkətlərinin Aİ-də dövlət satınalmalarında iştirakını və Rusiyanın dövlət orqanlarına hər hansı maliyyə dəstəyini qadağan edəcək.

    ❌Aİ VTB də daxil olmaqla dörd Rusiya bankı ilə əməliyyatları qadağan edəcək.

    ❌Aİ Rusiyadan ildə 4 milyard avro həcmində kömür idxalını qadağan edəcək.

    ❌Belarus və Rusiyadan yük maşınlarının Aİ ölkələrinə girişinə məhdudiyyətlər.

    ❌ağac, toxum, dəniz məhsulları və spirt kimi bir sıra mal və xammalın Rusiya Federasiyasından idxalına qadağa.