XƏBƏRLƏR / Siyasət

Aİ İrana qarşı sanksiyaların 7-ci paketini tətbiq edəcək

Avropa Tehrana münasibətini sərtləşdirmək niyyətindədir

Aİ İrana qarşı sanksiyaların 7-ci paketini tətbiq edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Aprelin 24-də Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri insan haqlarının pozulmasına görə İrana qarşı sanksiyaların yeddinci mərhələsini tətbiq edəcək.

    Xatırladaq ki, ötən dəfə İranın 204 nəfəri və 34 dövlət strukturu sanksiyalara məruz qalıb.

    Sanksiyalar bunlardır:
    - Aİ-yə giriş qadağası;
    - Avropa aktivlərinin dondurulması;
    - Avropa şirkətlərinə qara siyahıda olanlarla hər hansı işgüzar əlaqəni qadağan etmək

    Görünür, Aİ Tehrana münasibətini sərtləşdirmək niyyətindədir.