XƏBƏRLƏR / İqtisadiyyat

Aİ Ermənistan şirkətlərinə qarşı sanksiya tətbiq edib

Şirkətlər Qərbin sanksiyalarından yan keçərək Rusiyanın hərbi sənayesinə dəstək verməkdə şübhəlidir

Aİ Ermənistan şirkətlərinə qarşı sanksiya tətbiq edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Bloomberg" Avropa Komissiyasının sənədlərinə istinadən bildirir ki, erməni şirkətləri Avropa İttifaqının (Aİ) yeni sanksiyalar paketinə daxil edilib. Agentlik bildirir ki, sanksiyalar Ermənistan, İran, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistandan olan 35-dən çox şirkətə təsir edəcək.

    "Bloomberg" onların adlarını açıqlamayıb. Onun sözlərinə görə, Aİ erməni şirkətlərini Qərbin sanksiyalarından yan keçərək Rusiyanın hərbi-sənaye kompleksinə dəstək verməkdə şübhələnir.