XƏBƏRLƏR / Qayıdış

Ağdamın 25 faizi minalardan təmizlənib

Bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib

Ağdamın 25 faizi minalardan təmizlənib
Vüqar Süleymanov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağdam rayonu üzrə ötən illər ərzində 16 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, bu ilin planına uyğun olaraq, daha 10 min hektardan çox ərazi təmizlənərək aidiyyatı üzrə təhvil veriləcək: “Təxminən Ağdam rayonunun 25 faizi mina və partlamamış sursatlardan təmizlənib. Ağdamda artıq bir sıra layihələr yekunlaşıb”.