XƏBƏRLƏR / Qayıdış

Ağdamda Şəhərsalma üzrə işçi qrupunun iclası keçirilir

Emin Hüseynov: Ağdam şəhərində 5608 evin tikilməsi nəzərdə tutulur

Ağdamda Şəhərsalma üzrə işçi qrupunun iclası keçirilir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi təşkilatçılığı ilə Ağdam şəhərində Konfrans Mərkəzində Şəhərsalma üzrə işçi qrupunun növbəti iclası keçirilir.

    APA xəbər verir ki, tədbirdə Qarabağda, eləcə də Ağdamda bərpa ediləcək yaşayış məskənlərinin layihələri barədə, o cümlədən, daxili yolların, küçələrin, yaşayış məntəqələrinin enerji və su ilə təminatı üzrə işlərin vəziyyəti barədə layihələr səsləndiriləcək.

    Emin Hüseynov: Ağdam şəhərində 5608 evin tikilməsi nəzərdə tutulur

    İnanıram ki, qısa zamanda hər bir azərbaycanlıya işğaldan azad olunmuş ərazilərə səfər etmək qismət olacaq”.

    Bunu Ağdamda Şəhərsalma üzrə işçi qrupunun növbəti iclasında çıxışı zamanı Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

    “Təbii ki, baş plan ilk olaraq Ağdamda təsdiq olunduğu üçün bir neçə və yeni pilot layihələr burada tətbiq edilir. Bu gün dövlətimiz öz vəsaiti hesabına Cənab Prezidentin tapşırığı ilə layihələndirilən bütün işlərə start verib və hətta bəzi işlər sürətini artırıb. 2026-cı ilə qədər bir çox iqtisadi hədəflər qarşınıza qoyulub. Həm Ağdam, Füzuli, Tərtər, Ağcabədi ərazilərində çoxsaylı infrastruktur layihələrinə başlanılıb. 20 ailənin köçürülməsi üzrə işlər sürətlənib. Ümumi olaraq cəmi 15999 ev tikilməsi nəzərdə tutulub. Ağdam şəhərində 5608 evin tikilməsi nəzərdə tutulur. Cənab Prezident tərəfindən təməli qoyulmuş layihələrin işçi qrupları hazırlanır”, - Emin Hüseynov deyib.