XƏBƏRLƏR / Qayıdış

"Ağdamda igidlər ərazini minalardan əl ilə təmizləyirlər"

Bunu Böyük Britaniya-Azərbaycan parlamentlərarası qrupunun rəhbəri Bob Blekman qeyd edib

"Ağdamda igidlər ərazini minalardan əl ilə təmizləyirlər"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Böyük Britaniya-Azərbaycan parlamentlərarası qrupunun rəhbəri Bob Blekman Azərbaycana səfəri çərçivəsində Ağdam rayonuna səfər edib, orada minatəmizləmə prosesi ilə tanış olub. Bundan əlavə, o, dağıdılmış şəhərin fotosunu paylaşaraq, işğal zamanı ermənilərin murdarladığı məşhur məscidi ziyarət edib.

    “Ermənilər Qarabağı tərk etməmişdən əvvəl burada 1 milyondan çox mina quraşdırıblar. Böyük Britaniya minalardan təmizləmə proqramına öz töhfəsini verir. Burada, Ağdamın rayonlarından birində igidlər ərazini minalardan əl ilə təmizləyirlər”, - deyə o qeyd edib.