XƏBƏRLƏR / Hərbi

Ağdamda ekskavator minaya düşdü

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib

Ağdamda ekskavator minaya düşdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağdamda ekskavator minaya düşüb.

    DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupu bildirib ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində baş verib.

    Kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən ekskavator torpağa basdırılmış partlamamış mərmiyə toxunub. Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib. E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb.

    Araşdırma aparılır.