XƏBƏRLƏR / Qayıdış

Ağdam və Füzulinin bərpası 2026-cı ildə başa çatacaq

Bunu Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib

Ağdam və Füzulinin bərpası 2026-cı ildə başa çatacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2026-cı ilə qədər Ağdam və Füzuli şəhərlərinin, eləcə də bu rayonların 32 kəndinin bərpa edilməsi planlaşdırılır. Bunu Naftalanda keçirilən "Naftalan - Sağlamlıq və Turizmin Sinerji Mənbəyi: Regionda Yeni Reallıqlar" beynəlxalq elmi-pratik konfransında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib. O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə 2025-ci il qədər 1 milyona yaxın turistin səfər etməsi gözlənilir: "Təkcə Qarabağ iqtisadi rayonunda 150 min iş yeri yarada biləcəyimizə ümid edirik".